“Azərbaycanda islam dəyərləri geniş yayılıb. Əsrlər boyu ölkəmiz multikultural düşüncə tərzi hakim olub”.
“Azərbaycanda islam dəyərləri geniş yayılıb. Əsrlər boyu ölkəmiz multikultural düşüncə tərzi hakim olub”.
TİA.AZ xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov bu gün Bakıda keçirilən “İslam Həmrəyliyi İli” elan edilməsi və İslam Həmrəliyi Oyunlarının İslam ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi” mövzusunda konfransda çıxışı zamanı bildirib.
PA rəsmisi deyib ki, Azərbaycan İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə uğurla hazırlaşır.
B.Həsənov qeyd edib ki, Azərbaycanda İslam dini ilə bağlı təxribat yaratmaq istəyən qüvvələr buna nail ola bilməyiblər:
“Bu cür halların Azərbaycanda olması mümkün də deyil. Bəzən eyni dinin ayrı-ayrı məzhəblərinin düşmənçilik etdiklərini görürük. Amma Azərbaycanda bu cür hallar baş vermir. Ölkəmiz bir nümunədir. İslam dünyasının bu amilə ehtiyacı var. Bəzi qüvvələr islam dinini terrorçuluqla eyniləşdirirlər. Burada müəyyən mənada Avropa ölkələri də rol alır. Buna görə də İslam dünyasının həmrəyliyə ehtiyacı var”.
PA rəsmisi vurğulayıb ki, Azərbaycan müstəqil olduqdan sonra İslam dininə qayğı artıb:
“Bu müddət ərzində xeyli məscid tikilib, bərpa olunub. Yəni, dövlət tərəfindən hər bir şərait yaradılıb. Birmənalı şəkildə demək mümkündür ki, Azəbaycan İslam ənənələrinin qorunduğu, hifz olunduğu ölkələrdən biridir. Ölkəmiz İslam ölkələri ilə eyni mövqedən çıxış edir. Azərbaycan İslam ölkələri sıx əməkdaşlıq edir. Biz Dağlıq Qarabağ məsələsində də İslam ölkələrinin mövqeyi ilə razıyıq. Bilirsiz ki, bir neçə İslam ölkəsi bu işğal faktını tanıyıb. Təbii ki, istisnalar da var, bəzi İslam ölkələri Ermənistanla əməkdaşlıq edir. Bu da İslam dəyərlərinə ziddir. Çünki burada bir müsəlman ölkəsinin-Azərbaycanın torpağının işğalından söhbət gedir. Bu cür əməllər Ermənistana haqq qazandırır. Təəssüflə olsun ki, bu belədir”.
B.Həsənov əlavə edib ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarda məscidləri bərpa edəcək.