15 fevral Beynəlxalq Uşaq Onkoloji Xəstəlikləri ilə Mübarizə Günüdür.
15 fevral Beynəlxalq Uşaq Onkoloji Xəstəlikləri ilə Mübarizə Günüdür.
TİA.AZ xəbər verir ki, Milli Onkologiya Mərkəzinin rəsmi səhifəsində bildirilir ki, bu gün bütün dünya xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara və onların ailələrinə mənəvi dəstək olmağa çağırır və bu xəstəliklər haqqında əhalinin maariflənməsində böyük rol oynayır. Eyni zamanda 15 fevral dünya ictimaiyyətinin onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara diqqətini artırır və onların problemlərini həll etməyə çalışır. Onkoloji xəstə uşaqların problemləri təkcə onların valideynlərinin problemi olmamalıdır. Bu problemlər bütün səhiyyənin, dövlət və qeyri –dövlət qurumlarının, bütün cəmiyyətin problemidir. Eyni zamanda, bu gün bütün dünyada xərçəng xəstəliyinə qalib gəlmiş uşaqların qəhrəmanlığını, həmçinin valideynlərinin və onlara qayğı göstərən tibb personalının fədakarlığını əks etdirir.
Hər il olduğu kimi bu il də 15 fevralda Uşaq Onkologiyasının əməkdaşları və Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri ilə birlikdə Bakıda 28 Mall Ticarət Mərkəzində Beynəlxalq Uşaq Onkoloji Xəstəlikləri ilə Mübarizə Günü qeyd olunur.Bu tədbirin məqsədi ictimaiyyətin bu aktual məsələyə diqqətini artırmaq və bu xəstəliklərlə bağlı əhalini məlumatlandırmaqdır. Əməkdaşlarımız uşaqlarda mövcud olan onkoloji xəstəliklərin erkən əlamətləri, diaqnostik metadları və müalicə tədbirləri haqqında ətraflı məlumatları əhaliyə çatdırmaq niyyətindədirlər.
Nilufər