Beynəlxalq şirkətin Bakı ofisinin direktoru evində ölü tapıldı

Beynəlxalq şirkətin Bakı ofisinin direktoru evində ölü tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 7-si saat 14.00 radələrində paytaxtın Səbail rayonunda fərdi yaşayış evində meyit tapılıb.

Tribunainfo.az Teleqraf-a istinadla xəbər verir ki, vəfat edən şəxsin 1977-ci il təvəllüdlü Vadim Qriqorov olması müəyyənləşdirilib.

Mərhumun ölüm səbəbini öyrənmək məqsədi ilə müvafiq ekspertiza təyin olunub.
V.Qriqorov 1999-cü ildə Qərb Universitetinin (hazırda Qərbi Kaspi) politologiya ixtisasını bitirib. O, nəqliyyat sahəsində çalışan beynəlxalq “Larson Logistics” şirkətinin Xəzər regionu üzrə direktoru idi.
Ölüm faktı ilə bağlı araşdırma aparılır.