Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya paytaxtında keçirilən 30-cu Beynəlxalq Kitab Sərgi-Yarmarkasında ermənilər təxribata əl atıblar.

 

Rusiya paytaxtında keçirilən 30-cu Beynəlxalq Kitab Sərgi-Yarmarkasında ermənilər təxribata əl atıblar.

TİA.AZ APA-ya istinadən xəbər verir ki, Azərbaycan stendindən bir az aralıda quraşdırılan Ermənistan stendində Dağlıq Qarabağa aid kitablar nümayiş olunub.

Dağlıq Qarabağın tarixi Ermənistan torpağı kimi təqdim olunduğu bu kitabların sayı çox olmasa da, ermənilər onları stendin ən görünən hissəsində nümayiş etdirirlər.

Fotorəssam Boris Baratovun müəllifi olduğu “Qarabağ xronikası 1989-2009”, Raffinin “Xəmsə məliklikləri” (Melikstva Xamsı) və digər erməni müəlliflərin “Armeniya”, “Erməni xalqının qədim tarixi”, “Erməni əfsanələri” və s. kitablarda indiki Azərbaycan əraziləri Ermənistan əraziləri kimi, Azərbaycan tarixinə aid nümunələr isə erməni tarixi nümunələri kimi göstərilib.  

Qeyd edək ki, 30-cu Moskva Beynəlxalq Kitab Sərgisi Yarmarkasında Azərbaycan da təmsil olunur.

Sərgi sentyabrın 10-dək davam edəcək.