“BEYNƏLXALQ GÜCLƏR SƏRHƏDDƏ DÖYÜŞ GÖZLƏYİR, GÖRÜŞ YOX” – EKSPERT

“BEYNƏLXALQ GÜCLƏR SƏRHƏDDƏ DÖYÜŞ GÖZLƏYİR, GÖRÜŞ YOX” – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki ölkə də sərhəddə görüşə razı görünsə də, əslində, maraqları və görüş sonrası növbəti raundla bağlı yanaşmaları fərqlidir. Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanmasını istəyir. Daha dəqiq desək, ən geci 2024-cü ilin sonuna qədər sülh müqaviləsinin imzalanması Bakı üçün prioritetdir. Azərbaycan buna görə Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu deyir.

Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Turan Rzayev bildirib. O qeyd edib ki, Azərbaycan tərəfinin “Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır” sözləri diqqət çəkir:

“Bakı “Qarşılıqlı məqbul məkan” deyərkən əslində Gürcüstanı nəzərdə tutur. Tiflis iki ölkə üçün də uyğun məkan sayıla bilər.
Ermənistan tərəfi isə indiki məqamda həm 10 noyabr bəyanatından imtina edib yeni sazişin imzalanmasını, həm də bu istiqamətdə aparılan danışıqların Qərb formatında aparılmasını istəyir.
Azərbaycan regionda gərginliyin artması, yeni silahlı toqquşmanın baş verməsində maraqlı deyil. Bunun olmaması üçün isə sülh prosesinin sürətlənməsinə və yekun sazişin imzalanmasına ehtiyac var.
Regionu qarışdırmaq istəyən beynəlxalq güclər sərhəddə genişmiqyaslı döyüşlərin başlamasını gözləyirlər, nəninki görüşü. Lakin Bakı “savaş taktikasını” dəyişərək sərhədə sülhü gətirir”.