BEYNƏLXALQ BANK VƏTƏNDAŞ KARTLARINDAN PUL OĞURLANMASINA BELƏ ŞƏRAİT YARADIB… ŞİKAYƏTbackend

BEYNƏLXALQ BANK VƏTƏNDAŞ KARTLARINDAN PUL OĞURLANMASINA BELƏ ŞƏRAİT YARADIB… ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Beynəlxalq Bankına məxsus yüzlərlə kartdan pul vəsaiti çıxarılıb.

Tribunainfo.az xəbər verir ki,yüzə yaxın vətəndaşın kartındam oğurlanan külli miqdarla vəsait bank proqramının boşluğundan istifadə edilərək oğurlanıb. Problemi sosial şəbəkədə ictimailəşdirən vətəndaş Elşad Məmmədov bildirib ki, ümumilikdə 100-ə yaxın vətəndaşdan 100 minə yaxın vəsait oğurlanıb:

“ABB kartlardan yüzlərlə insanın pul vəsaiti cıxarılıb. Çox böyük pullar silinib. Halbuki ABB proqramda kartla ödəniş etdikdə bank kartının pin kodu və arxasında olan 3 rəqəmli təhlükəsizlik kodu sorğulanmır. Bu kodlar kart sahibinə məxsusdu. Bank proqramının boşluğundan istifadə edilib külli miqdarda pullar çıxılıb hesablardan”.

Şikayətçi bildirib ki, zərərcəkmişlər 100-ə yaxındı, dəymiş ziyan isə 100 minə yaxındı.