“Azərbaycan Beynəlxalq Bankı” “Malissa Group” tikinti şirkətinə məxsus “Feba” MTK-nı məhkəməyə verib.
Tribunainfo.az xəbər verir ki, “Feba” MTK ilə yanaşı prosesə Mahmudova Ağgül, Mahmudov Rahib, Əsədullayev Alim də cəlb edilib. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. İddianı qaldıran ABB cavabdehlərlə kredit müqaviləsi üzrə mübahisə yaşayır.
İş baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilib. 25 noyabr tarixində hakim Aydan Oruclunun sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, məhkəməyə verilən “Feba” MTK-nın daxil olduğu “Melissa Group” şirkətinin rəhbəri Xəzər Məmmədovudur. MTK və tikinti şirkəti dəfələrlə məhkəməyə verilib.
Tərəfləri dinləməyə hazırıq.
Nigar