Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin geridə qalan 10 ayı ərzində beynəlxalq arenalarda ən çox qol vuran oyunçuların siyahısını açıqlayıb.
Tribunainfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, cədvələ belçikalı futbolçu Romelu Lukaku başçılıq edir.
İtaliyanın “Roma” klubunun hücumçusu avrokuboklarda və milli komandada ümumilikdə 16 qol vurub.
Lukakunu 15 qolla norveçli Erlinq Holann izləyir. İlk “üçlüy”ü isveçrəli Zeki Amduni qapayır.