«Kapital Bankın» Beyləqan filialında inkassator işləyən Elburus Pəsiyev həbs edilib.
«Kapital Bankın» Beyləqan filialında inkassator işləyən Elburus Pəsiyev həbs edilib.
TİA.AZ Sonolay.org–a istinadən xəbər verir ki, E. Pəsiyevi ümumilikdə bankın 162 min manatdan çox vəsaitini mənimsəyibmiş. Bu əsnada əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, Elburus Pəsiyev rayon ərazisindəki bankomatlara pul vurduqdan 2 saat sonra yenidən həmin əraziyə gedərək bankomatı açaraq müxtəlif məbləğdə pul çıxarırmış. Beləliklədə üst-üstə 162 min manat bank vəsaitini mənimsəyib.
Qeyd edək ki, son 1 ildə Beyləqan rayonu ərazisində bir neçə bankomantın yarılaraq küllü məbləğdə pul çıxarılması qeydə alınıb. Sonuncu bakomatın yarılaraq 51 min manat pulun oğurlanması Beyləqan rayon Xalac ərazisində qeydə alınıb. Hələ də bu günə qədər bankomatı yaran şəxslər həbs edilməyiblər.
Yeri gəlmişkən qeyd edək ki, Elburus Pəsiyev YAP-nın Beyləqan rayon şöbəsinin sədri, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin Beyləqanda rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi İdarəsinin müdiri Rafael Pəsiyevin qardaşdır.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət işi başlanılıb.