“Beyinləri ancaq dələduzluqla pul qazanmağa işləyir” – NURA SURİ

“Beyinləri ancaq dələduzluqla pul qazanmağa işləyir” – NURA SURİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İndi də sosial şəbəkələrdə yeni dələduzluq növü yayılıb. Səhifələr açıb guya xəstə uşaqları üçün pul yığırlar. Status yazan kimi bütün şərhlərin altında yazıb pul istəyirlər: “qara siyahı”ya atırsan, səhəri başqa səhifədən yazırlar”.

Tribunainfo.az  xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi sosial şəbəkədə pul yığanları tənqid edib:

“Belələrinin üzündən real ehtiyacı olanlara da kömək etmək istəmir heç kəs. Bəsdirin də… Beyinləri ancaq dələduzluqla pul qazanmağa işləyir elə bil. Hər gün nə qədər insan aldadılır: hərəsi də bir bəhanə ilə”.