İranın Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv kimi qəbul edilməsi bütün tərəflərin maraqlarına cavab verəcək, ölkənin Xarici İşlər Nazirliyi vurğulayıb.
Tribunainfo.az-ın xəbərinə görə, İran Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv qəbul edilib.
Bu barədə RİA Novosti-yə ŞƏT dövlət başçılarının sammitinin yekununda qəbul edilmiş Yeni Dehli Bəyannaməsinə istinadən məlumat verilib.
“Üzv dövlətlər İran İslam Respublikasının ŞƏT-ə tamhüquqlu üzv dövlət kimi qəbul edilməsinin tarixi əhəmiyyətini vurğuladılar”, – sənədin mətnində deyilir.
Xatırladaq ki, İran 2022-ci ilin sentyabrında Səmərqənddə keçirilən ŞƏT-in əvvəlki sammitində assosiasiyaya üzv dövlət statusunun alınması ilə bağlı öhdəlik memorandumu imzalayıb.