Bəxtiyar Hacıyevlə bağlı qərar verildibackend

Bəxtiyar Hacıyevlə bağlı qərar verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Apellyasiya Məhkəməsində Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılması ilə bağlı verilən qərardan apellyasiya şikayətinə baxılıb.

Tribunainfo.az xəbər verir ki, prosesdə şikayət araşdırılıb və qərar qəbul edilib.

Məhkəmənin qərarı ilə şikayət təmin edilməyib.
Qeyd edək ki, B.Hacıyev CM-in 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) maddələri ilə ittiham olunub və ötən il dekabrın 9-da barəsində 1 ay 20 gün həbs qəti imkan tədbiri seçilib. Bir neçə gün öncə isə B.Hacıyev barəsindəki həbs qəti imkan tədbirinin müddəti bir az uzadılıb.