Bəxtiyar Ersayın əvəzlənməsi İrəvanda qorxu yaradıb

Bəxtiyar Ersayın əvəzlənməsi İrəvanda qorxu yaradıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, Türkiyə ordusunun generalı, həmçinin Azərbaycan müdafiə nazirinin müşaviri Bəxtiyar Ersay yeni təyinat alıb.

Tribunainfo.az xəbər verir ki, o, Prezident Ərdoğanın sərəncamı ilə Türkiyə I Ordusunun komandanı təyin edilib.

Qeyd edək ki, Bəxtiyar Ersayı Azərbaycanda general Soner Oruçoğlu əvəzləyib. Onun bu posta təyinatı erməniləri narahat etməyə başlayıb. Hətta bəziləri bunun “müharibə hazırlığı” kimi təqdim etməyə çalışır.

Erməni ekspert Avetis Kerobyan iddia edib ki, guya, Azərbaycan yeni müharibəyə intensiv hazırlaşır. “Bəxtiyar Ərsayın yeni generalla əvəzlənməsi, Türkiyə ilə ardıcıl təlimlər də bunu təsdiqləyir”.

P.S. Ermənilərin bu qorxuları hələ çox davam edəcək. Lakin Azərbaycan Ermənistanla müharibəyə hazırlaşmır. Ordunun gücləndirilməsi və müasir dvrə uyğunlaşdırılması, hebelə silahlanması normal prosesdir. Dövlət başçısının dediyi kimi, dünya düzənində baş verən hadisələrin nəyə gətirib çıxaracağını proqnozlaşdırmaq çətindir. Həmçinin “Müharibəyə hazır olmalıyıq” bəyanatı qlobal miqyasda baş verən hadisələrlə bağlıdır. Yəni, ermənilərin “qarın ağrısı”na düşmələrinə əsas yoxdur.

Fərda Uğur