Beşqat olimpiya çempionu hamıdan xəbərsiz Rusiyanı tərk etdibackend

Beşqat olimpiya çempionu hamıdan xəbərsiz Rusiyanı tərk etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyanın sinxron üzgüçülük üzrə beşqat olimpiya çempionu Anastasiya Davidova ölkəni tərk edib.
Bu barədə sinxron üzgüçülük üzrə Rusiya yığmasının baş məşqçisi Tatyana Pokrovskaya məlumat yayıb.
“Mən bu barədə dünən xəbər tutmuşam. Mənim üçün bu, sürprizdir. Bu barədə şərh verə bilmərəm”, – Pokrovskaya deyib.
Qeyd edək ki, Anastasiya Davidova 2004, 2008 və 2012-ci il Olimpiadalarında beş qızıl medal qazanıb. Onun dünya çempionatlarında da 13 qələbəsi var.