“Beşiktaş” “Qalatasaray”ı məğlub etdi

“Beşiktaş” “Qalatasaray”ı məğlub etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Superliqasının 29-cu turunda İstanbul derbisi baş tutub.

Tribunainfo.az xəbər verir ki, “Beşiktaş” doğma meydanda “Qalatasaray”ı qəbul edib.

Meydan sahibləri rəqibinə 2:1 hesabı ilə qalib gəlib.

Hesabı 23-cü dəqiqədə Rafa Silva açıb. 45-ci dəqiqədə Lukas Torreira hesabda tarazlıq yaratsa da, 66-cı dəqiqədə Gedson Fernandeş “Beşiktaş”a qələbə qazandırıb.