“Neftçi”nin Türkiyədə “Beşiktaş”a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun başlama saatı dəyişdirilib.
Tribunainfo.az xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə 21:00-da yox, 22:00-da start götürəcək.
Bunun hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Qeyd edək ki, “Neftçi Arena”dakı ilk matçda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə məğlub olub.