Konfrans Liqasında mübarizəni davam etdirən təmsilçilərimizdən “Neftçi” “Neftçi Arena”da “Beşiktaş” ı qəbul etdi və uduzdu – 1:3.
Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, qonaqlar kağız üzərində favorit idi və sonluq da belə də oldu: ”
Adrian Mutunun ilk hissədəki seçimləri oyunu Türkiyə klubuna verdi.
Öncəki təhlilimizdə qeyd etmişdik ki, qonaqlarda yarımmüdafiə xəttinin əsas fiqurlarından Gedson Fernandes-Amir Hadcıahmetoviç-Salih Uçan triosu oyunun qurulmasında, eyni zamanda, rəqibdən top almalarda ən önəmli qüvvədir.
Əsas şərt Fernadeslə bu futbolçuların bağlantısını kəsmək idi. Emin Mahmudovun və Ataa Caberin üzərinə böyük iş düşdü. Ancaq nə fayda!
“Beşiktaş”ın heyətində ən önəmli simalardan biri Vinsent Abubakar idi. Yekunda Bakıdan 3:1 hesablı qələbə ilə ayrıldılar”.