Xəbər verildiyi kimi, noyabrın 3-6-da Bakıda keçirilməsi nəzərədə tutulan Avropa Yəhudi Ravvinlərinin konfransı təxirə salınıb.
Tribunainfo.az xəbər verir ki, tədbirin ləğv edilməsinə səbəb təhlükəsizlik məsələsi göstərilib.
Bu xəbər artıq iki gündür mövcud olduğu halda İran tərəfi dayanmaq bilmir. Belə ki, dünən Əhvazdakı “Şəhid Çəmran” Universitetinin SEPAH-a bağlı radikal “Bəsic” tələbə təşkilatı məsələ barəsində bəyanat yayaraq, utanmadan Azərbaycan ittiham belə edib. Təşkilat iddia edib ki, Azərbaycanın yəhidi ravvinlərin görüşünə ev sahibliyi etməsini təəccüblü və sarsıdıcıdır. Bunun ardından isə öz sarsaq iddia irəli sürüb. “Bəsic” yazıb ki, “İranın ali rəhbəri dəfələrlə “sionist rejimin iqtisadi damarlarının kəsilməsi”nə çağırış etsə də, Azərbaycan dövləti İsrailə yanacaq göndərməklə və yardım etməklə onun cinayətlərinə şərik olub”.
Fərda Uğur










