Bəşər Əsədin xanımı ağır xəstəliyə tutuldu

Bəşər Əsədin xanımı ağır xəstəliyə tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya Prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə leykoz diaqnozu qoyulub.

Tribunainfo.az report-a istinadən xəbər verir ki, bu barədə Suriya dövlət başçısının administrasiyası məlumat yayıb.

Xatırladaq ki, 2019-cu ildə Bəşər Əsədin həyat yoldaşı xərçəng xəstəliyinə qalib gəldiyini açıqlamışdı.

Ona xərçəng diaqnozu qoyulması faktı ilk dəfə 2018-ci ilin avqustunda məlum olub.