Son zamanlar Suriyada müharibənin tez bir zamanda qurtaracağına ümid əvvəlki illərdən daha çoxdur.
Son zamanlar Suriyada müharibənin tez bir zamanda qurtaracağına ümid əvvəlki illərdən daha çoxdur.
TİA.AZ xəbər verir ki, bunu Xorvatiyanın “Veçerni List” qəzetinə müsahibəsində Suriya Prezidenti Bəşər Əsəd söyləyib.
“Suriya Rusiya, İran və Hizbullahın dəstəyi ilə cəbhədə böyük uğurlar qazanıb. Hazırda Suriyada 100 mindən çox terrorçu var.
Bizim bu müharibədə qələbə qazanmaqdan başqa şansımız yoxdur. Əgər bu, baş verməsə, Suriya Yaxın Şərqin xəritəsindən silinəcək”, – o bildirib.