“Qərb suriyalıların əvəzinə Suriyanın gələcəyini müəyyən etmək hüquqlarına malik deyil”.
“Qərb suriyalıların əvəzinə Suriyanın gələcəyini müəyyən etmək hüquqlarına malik deyil”.
TİA.AZ xəbər verir ki, bunu Fransanın “Europe-1” radiostansiyasının efirində Suriya prezidenti Bəşər Əsəd bildirib.
“Qərb seçə bilməz ki, Suriya üçün hansı daha yaxşıdır: mən və ya “İslam dövləti”. Bunu yalnız Suriya vətəndaşları edə bilərlər”, – Əsəd deyib.
Dövlət başçısının sözlərinə görə, Qərb ölkələri lap əvvəldən Suriya müxalifətinə dəstək verməklə səhvə yol verib:
“Onlar deyirdilər ki, bunlar dinc nümayişçilərdir. Amma sonra anladılar ki, bunlar dinc nümayişçilər deyil, İŞİD kimi terror qruplaşmalarının döyüşçülərindən söhbət gedir”.
Əsədin fikrincə, Hələbin alınması Suriya hökumət qoşunları üçün əhəmiyyətli addım oldu, amma tam qələbə haqqında danışmaq hələ tezdir:
“Hələbin alınması əhəmiyyətli addım oldu. Amma bu onu göstərmir ki, biz müharibədə qalib gəldik. Bunun üçün Suriyanın başqa regionlarında da terrorçuların kökünü kəsmək lazımdır. Mən müharibəni udduğumu deyə bilmərəm”.
Eyni zamanda Əsəd terrorçuların “xarici sponsorları” barəsində tənqidlə çıxış edib:
“Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə Suriyada stabilliyi pozmağa çalışırlar. Fransa və Böyük Britaniya da ekstremistlərə dəstək verir. Bu ölkələrin liderləri dəfələrlə bildiriblər ki, müxalifəti dəstəkləyirlər. Ancaq biz görürük ki, İŞİD, “Ən-Nüsra” Cəbhəsi və “Əl-Qaidə”dən olan terrorçular “demokratik müxalifət”in əsasını təşkil edirlər”.