İraqdakı Kürdüstan regionunun rəhbəri deyib ki, bölgənin müstəqilliyi ilə bağlı referenduma görə münaqişəyə girmək istəməsə də, Kərkük uğrunda vuruşmaq istəyənlərlə silahlı qarşıdurmadan yayınmayacaq.
İraqdakı Kürdüstan regionunun rəhbəri deyib ki, bölgənin müstəqilliyi ilə bağlı referenduma görə münaqişəyə girmək istəməsə də, Kərkük uğrunda vuruşmaq istəyənlərlə silahlı qarşıdurmadan yayınmayacaq.
Bölgənin müstəqilliyinə dair İraq Kürdüstan Regional Hökuməti (İKRH) tərəfindən təşkil edilən referendum 25 sentyabrda keçirilməlidir.
Onun nəticələri Kərkük də daxil olmaqla ərazidə yaşayan 250 min türkmənin həyatına da təsir göstərəcək.
İraq hökuməti, ABŞ, İran və Türkiyə referendumu tənqid ediblər.
Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib ki, səsvermə İraq daxilində müharibəyə yol aça bilər.
Lakin İKRH öz qərarından dönməyəcəyini bildirir.
“Ümid edirəm ki, biz heç kimlə vuruşmalı olmayacağıq, biz vuruşmaq istəmirik”, – Məsud Bərzani BBC Farscaya verdiyi müsahibədə qeyd edib.
“Hər hansı bir qrup güclə Kərkükün durumunu dəyişdirməyə çalışarsa, hər bir kürdün bunun üçün müharibəyə hazır olduğunu bilməlidir”.
Kərkükdəki türkmən və ərəblərin çoxunun referendum əleyhinə olduğu barədə sualı cavablandıran İKRH rəhbəri deyib ki, əhalinin qərarına hörmət edəcək.
“…Bu referendumda Kərkük xalqı “yox” deyərsə, biz onların qərarlarına hörmət edəcəyik. Ancaq biz orada referendumun təşkil etməsinə maneələri qəbul etmirik”.
İKRH parlamentində 111 yerdən 5-nə sahib olan türkmənlərin referenduma münasibəti birmənalı deyil. Onların bir qismi səsverməni dəstəkləyirsə, digərləri onun təxirə salınmasını istəyir (BBC).
Qeyd edək ki, Kərkük tarixən türkmənlərin çoxluq etdiyi şəhər olub. Ancaq son illərdə bu şəhər süni şəkildə kürdləşdirilirək, demoqrafik tərkibi dəyişdirilib.