backend

Bermud üçbucağının SİRRİ ÇÖZÜLÜDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ alimlərinin peyk vasitəsilə əldə etdikləri şəkilləri öyrənməsi ilə Bermud üçbucağının sirrini açacaq bir fakt ortaya çıxıb.

Üçbucaqda yerləşən buludların forması ilk olaraq alimlərin diqqətini çəkib.  

Məsələ burasındadır ki, adətən buludların kənarı nahamar olur. Amma Bermud səmasının buludları istisnadır. Bunun səbəbi araşdırılarkən ortaya güclü küləklərin mövcudluğu çıxıb. Belə ki, Bermud üçbucağında saatda 274 km sürətində külək əsir. Bu cür küləyin təsiri ilə okeanın üzərində 14 metrə çatan dalğalar yaranır. Belə fırtınaya və qasırğaya heç bir gəmi və ya təyyarə dözə bilməz – dərhal havaya sovrular.

Qeyd edək ki, Bermud üçbucağı Atlantik okeanda – Florida, Puerto-Riko və Bermud adaları arasında yerləşir.