Berlin görüşündən  nə əldə olundu? – Politoloqlar cavablandırır

Berlin görüşündən nə əldə olundu? – Politoloqlar cavablandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Almaniyanın Berlin şəhərində xarici işlər nazirlətinin görüşü baş tutdu. Görüşü dəyərləndirən siyasi ekspertlərin fikrincə, bu görüşdə də irəliləyiş əldə olunmadı.

Tribunainfo.az yazır ki, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, əslində davamlı görüşlər ortamı yumşaltmaq məqsədi daşıyır, ancaq işi yenə Paris poza bilər.
Analitik bildirib ki, Münhen görüşündən sonra da belə olmuşdu:

“Liderlər Almaniyanın şəhərində görüşüb fikir mübadiləsi aparmaqla ortamı yumşaltmışdılar. Ancaq bu görüşdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın Parisə çağrılması və onun oradan Azərbaycan əleyhinə verdiyi açıqlamalar gərginliyi yenidən artırdı. Paris bu dəfə də eynisini edə bilər. Digər tərəfdən Paris Berlinin vasitəçilik təşəbbüslərinə qısqanc yanaşır. Paris yanlış siyasətinə görə kənarda qalıb. Anti-Azərbaycan siyasətinə görə Paris Bakı ilə İrəvan arasında vasitəçi statusunu itirib. Bu rola hazırda Berlin iddialıdır və hələ ki, pis alınmır”.

Siyasi şərhçi Məhəmməd Əsədullazadənin finrincə isə xarici işlər nazirlərinin Berlin görüşü də nəticəsiz danışıqlar prosesinin davamıdır:

“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması istiqamətində danışıqlar nəticə vermir. Ermənistan Baş naziri sülh müqaviləsinin bağlanmasının çətin olduğuna eyham vurub. Amma problemi Azərbaycanla bağlayıb.
Qeyd edim ki, Azərbaycan Zəngəzur məsələsində fəallıq etmir. İranla bu məsələ həll edilib. Azərbaycanın irəli sürdüyü beş təməl prinsiplər üzrə Yerevan şərtlərlə çıxış edir. Fransa tərəfindən Ermənistanın silahlanaması N. Paşinyanın sülh müqaviləsi üzrə danışıqlarda manipulyasiya ilə nəticələnib. Artıq N. Paşinyan bugün bir söz, sabah başqa söz deyir. Ermənistan qoşunlarını komplektləşdirib, Cermux-Kəlbəcər istiqamətində Fransanın dəstəyi ilə hücum edə bilər. Rəsmi Yerevan Azərbaycanı bir çox yüksəkliklərdən geri çəkilməsini tələb edir”.

Nigar