“Berlin Ailə və Uşaq Klinikası” cərimə edilir

“Berlin Ailə və Uşaq Klinikası” cərimə edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Berlin Ailə və Uşaq Klinikası” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə irəli sürülüb.
Bu maddəyə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.
İş Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun icraatındadır.
Qeyd edək ki, nizamnamə kapitalı 3358469.00 manat olan “Berlin Ailə və Uşaq Klinikası”nın qanuni təmsilçisi Həsən Məmmədov Rizvan oğludur.