Berdımuhammədov məmurları məzəmmət etdi və boulinq üzrə master-klass keçdi – VİDEO

Berdımuhammədov məmurları məzəmmət etdi və boulinq üzrə master-klass keçdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkmənistanın prezidenti Qurbanqulu Berdımuhamədov adəti üzrə səhər vaxtı fiziki məşğuliyyətə diqqət yetirib”, Aşqabadın Olimpiya şəhərciyində gimnastika ilə məşğul olub, həmçinin idman təmayüllü tikintilərin vəziyyəti ilə tanış olub.

Moderator.az bu barədə TDX dövlət agentliyinə istinadən məlumat verir.

Idman obyektlərinin tikintisi yerinə gələndə onu Aşqabadın hakimi (yəni başçısı) və idman ali məktəbinin rektoru qarşılayıb və türkmən liderinə layihə haqqında məlumat veriblər.

Sonra Türkmənistan prezidenti Olimpiya şəhərciyinə yola düşüb, idmanın müxtəlif növləri ilə tanış olub, güc göstərən məşqlər edib və boulinq oynayıb. Videokadrlarda da görünür ki, Berdımuhamədov bir neçə straykı vurub dağıdır.

Moderator.az oxucularına xatırladır ki, Türkmən lider bu ilin oktyabr ayında Nazirlər Kabinetində ağır atletika çempionatına hazırlıq müzakirə olunan zaman hökümət üzvlərinə ştanq qaldırmağı nümayiş etdirib. O vaxt dövlət başçısının bu hərəkətini hökümət üzvləri gurultulu alqışlarla qarşılamışdılar.

Onu da xatırladaq ki, Türkmənistanda un qıtlığı var və əhali unu norma ilə və pasport təqdim edəndən sonra ala bilir. Çoxlu çörək istifadə olunan türkmən doğraması isə qadağan olunub…