Bərdə şəhərinin mərkəzi parkında antisanitariya hökm sürür.
Tribunainfo.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya rayondan daxil olan məlumatda bildirilir.
Həmin parkın ərazisində olan gölə müxtəlif tullantıların atılması, parkın baxımsız vəziyyətdə saxlanılması sakinlərin orada istirahətini müşkülə çevirib.
“Suya o qədər tullantı atılıb ki, üfunət iyi gəlir. Parkda oturmaq sadəcə mümkün deyil”, deyə məlumatda bildirilir.
Maraqlıdır ki, park şəhərin mərkəzində, icra hakimiyyətinin binasına yaxın ərazidə yerləşir. Lakin buna baxmayaraq, heç bir tədbir görülmür.
Həmin parkdan çəkilmiş foto və video görüntüləri təqdim edirik.