Bərdə rayonunda baş verən qanunsuzluqlar, rayondakı məmur özbaşınalığı ilə bağlı ölkə mətbuatında mütəmadi olaraq məqalələr dərc olunur. Az qala elə bir gün olmur ki, qəzetlərdə və internet resurslarında icra başçısı Vidadi İsayevin müəllifliyi ilə reallaşan qanunsuzluqdan yazılmasın.
Bu günə qədər mediada işıqlandırılan faktlarla bağlı Bərdə RİH nə tutarlı təkzib verə bilib, nə də yazılanların həqiqəti əks etdirmədiyini isbatlaya bilib. Bütün bunlar isə Bərdədə sözün həqiqi mənasında qanunsuzluğun tüğyan etdiyini düşünmək üçün əsaslar yaradır.
Tia.az xəbər verir ki,sosial şəbəkələrdə yayılan növbəti videoda Vidadi İsayev Şəhidlər Xiyabanını dağıdıb, həmin ərazini 300 min manata satmaq istəməkdə ittiham olunur.Həmin videonu təqdim edirik.