Bərdə rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Bərdə rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
TİA.AZ məlumatına görə, hadisə rayonun Xanərəb kəndində qeydə alınıb.
Belə ki, həmin kənddə yaşayan bir ailənin 5 üzvü – 45 yaşlı Könül Məmmədova, 22 yaşlı Pərviz Məmmədov, 25 yaşlı Cəmalə Məmmədova, 5 yaşlı Cahid Məmmədov və 8 aylıq körpə Cihan Məmmədov zəhərlənmə diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxanadan bildirilib ki, K.Məmmədova, P.Məmmədov və onların 5 yaşlı övladı Cahid Məmmədovun vəziyyətləri daha ağır olduğu ücün Reanimasiya şöbəsinə yerləşdirilib. Digər şəxslərin durumu isə kafi qiymətləndirilir.
Zəhərlənən şəxslərin qohumlarının bildirdiyinə görə, ailə üzvüləri axşam yeməyində özləri bağladıqları pomidor turşusundan istifadə ediblər.