Bərdədə cüdo yarışı keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

09-11 iyun 2017-ci il tarixlərdə Bərdə Olimpiya İdman Mərkəzində rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş cüdo üzrə kiçik kadetlər, kadetlər və yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilmişdir.  09-11 iyun 2017-ci il tarixlərdə Bərdə Olimpiya İdman Mərkəzində rayon Gənclər vəİdman İdarəsinin təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş cüdo üzrə kiçik kadetlər, kadetlər və yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilmişdir. 
Birincilikdə 12 şəhər və rayonun komandaları (Bakı 2 komanda ilə, Gəncənin ”Spartak ”klubu, Mingəçevir, Naftalan,Qobustan, Bərdə,Ağdam, Ağcabədi, Goranboy ,Naftalan,Ucar,Göyçay) iştirak etmişlər. Əsasnaməyə uyğun olaraq yarışda 22 çəki dərəcəsində 180nəfər cüdoçu qələbə uğrunda mübarizə aparmışlar. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq idmançıları salamladı və qeyd etdi ki, xalqımızın ümummilli lideri, dahi şəxsiyyət olan Heydər Əliyev istər sovet dövründə, istərsə də ölkəmizmüstəqillik qazandıqdan sonra Azərbaycana rəhbərlik etdiyi bütün illərdə idmana, onun inkişafına və maddi-texniki bazasının yaradılmasına, idmançılara dövlətsəviyyəsində qayğı göstərilməsinə xüsusi diqqət yetirmiş, fiziki cəhətdən sağlam gəncnəslin yetişdirilməsi məsələsini daim nəzarətdə saxlamışdır. İdmanın müxtəlif növlərinin inkişafı üçün proqramlar qəbul edilmişdir və bu siyasət bu gün də ölkə Prezidenticənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan bayrağımötəbər beynəlxalq yarışlarda ən yüksəklərdə dalğalanır. Artıq Azərbaycan dünyasəviyyəli idman yarışlarına ev sahibliyi edir. ”Formula-1” yarışları,I Avropa Oyunları vəİslam Həmrəyliyi oyunları buna bariz nümunədir. Çıxışının sonunda o, bu yarışda cüdoçulara uğurlar arzuladı. Birincilik Azərbaycan Cüdo Federasiyasının Aran-Qarabağ regionununkoordinatoru, yarışın baş hakimi Şahin Əhmədovun rəhbərliyi ilə 12 nəfərdən ibarəthakimlər heyəti tərəfindən idarə olunmuşdur. Yarış gərgin mübarizə şəraitində keçmiş və heç bir əsasnamə pozuntusu olmamışdır. Qalib idmançılar Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları vəmedalları ilə təltif olunmuşlar.