Ötən gün Azərbaycanın Milli Qəhrəmanı S.Behbudov adına şəhər 6№li tam orta məktəbdə Bərdə rayon Gənclər və İdman İdarəsinin, Təhsil şöbəsinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş orta məktəblərin yuxarı sinif şagirdlərindən ibarət komandaları arasında “Breyn-rinq” intellektual oyununun rayon çempionatı keçirildi.
Ötən gün Azərbaycanın Milli Qəhrəmanı S.Behbudov adına şəhər 6№li tam orta məktəbdə Bərdə rayon Gənclər və İdman İdarəsinin, Təhsil şöbəsinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş orta məktəblərin yuxarı sinif şagirdlərindən ibarət komandaları arasında “Breyn-rinq” intellektual oyununun rayon çempionatı keçirildi.
Çempionatda 15 məktəb (9 şəhər, 6 kənd) komandaları iştirak etmişlər.
“Breyn-rinq” intellektual oyununun rayon çempionatı təşkilatçılar tərəfindən təsdiq olunmuş əsasnaməyə uyğun olaraq keçirildi.
Komandaların bilik səviyyələrinin qiymətləndirilməsi üçün aşağıdakı tərkibdə münsiflər heyəti təyin edilmişdir:
1.Aydın Qasımov – Gənclər və idman idarəsinin baş məsləhətçisi – sədr
2.İsmayıl Adıgözəlov – Rayon Təhsil şöbəsinin müdir müavini – üzv
3.Fuad Ağayev – YAP Bərdə rayon təşkilatının təlimatçısı – üzv
4.Orxan İbrahimov – Gənclər və idman idarəsinin könüllüsü – üzv
5.Nicat Əhmədov – Gənclər və idman idarəsinin könüllüsü – üzv
Ulu öndərin və Vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq qonaqları təqdim etdi və çempionatın keçirilməsinin məqsədi və məramı barədə məlumat verdi.
YAP Bərdə rayon təşkilatının təlimatçısı Fuad Ağayev,Təhsil şöbəsinin müdir müavini İsmayıl Adıgözəlov çıxış edərək Ulu Öndərin keçdiyi hər bir gəncə örnək ola biləcək şərəfli ömür yolundan, onun Azərbaycan gəncliyinin hərtərəfli inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan, gənclərin intellektual səviyyələrinin yüksəldilməsi və vətənpərvər ruhda tərbiyə olunması sahəsində görülən işlərdən danışdılar.
Komandalar püşkatma yolu ilə 4 yarımqrupda mübarizə aparmışlar.
Öz yarımqruplarında qalib olmuş N.Nərimanov adına şəhər 3№li (kapitan Nəriman Xanlarov), şəhid Alı adına şəhər 5№li (kapitan Təhmin Muradov), Azərbaycanın Milli Qəhrəmanı S.Behbudov adına şəhər 6№li (kapitan Qədir Məlikli) və Kətəlparaq kənd (kapitan Tamara Nəbiyeva) tam orta məktəblərinin komandaları final mərhələsində görüşmüşlər. Daha yüksək intellektual oyun səviyyəsi nümayiş etdirən N.Nərimanov adına şəhər 3№li tam orta məktəbin komandası I yeri, Kətəlparaq kənd tam orta məktəbin komandası II yeri, Azərbaycanın Milli Qəhrəmanı S.Behbudov adına şəhər 6№li tam orta məktəbin komandası isə III yeri tutmuşdur.
Qalib komandalar ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş rayon tədbirində təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyələri ilə mükafatlandırılacaqlar.