Bərdədə batan yeniyetmənin kimliyi BİLİNDİ

Bərdədə batan yeniyetmənin kimliyi BİLİNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdədə suda boğulan 16 yaşlı oğlanın kimliyi açıqlanıb.

Hadisə Tərtər çayının Bərdə rayonu Zümürxan kəndindən keçən hissəsində toplanmış su gölməçəsində baş verib.

Kənd sakini, 2009-cu il təvəllüdlü Nihad Bəhrəm oğlu Rüstəmov həmkəndliləri ilə çimərkən suda boğularaq ölüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.//Oxu.az