Bərdədə it dişləməsi ilə xəstəxanaya aparılan uşaq evə buraxılıb.
Tribunainfo.az APA-ya istinadla xəbər verir ki, Bərdə rayon mərkəzi xəstəxanasından azyaşlıya ilkin tibbi yardım göstərildiyi, quduzluğa qarşı vaksin vurulduqdan sonra ambulator müalicə üçün evə buraxıldığı bildirilib.
***
Bərdədə 7 yaşlı uşağı it dişləyib.
Hadisə Bərdə rayonunda yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb. 2017-ci il təvəllüdlü Rəhimova Dəniz Kənan qızı həyətdə oynayan zaman sahibsiz it ona hücum edərək dişləyib. Uşaq ətrafdakı insanlar tərəfindən xilas edilərək Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb.