Bərdədə 9 yaşlı qız ayrıldıqları atası tərəfindən qaçırılıb, hətta məkətəbə də buraxılmır.
Bərdədə 9 yaşlı qız ayrıldıqları atası tərəfindən qaçırılıb, hətta məkətəbə də buraxılmır.
TİA.AZ Xezerxeber.az-a istinadən məlumat verir ki, Bərdənin Əmirli kənd sakini İlahə Məmmədova 2007-ci ildə həmkəndlisi Pərvin Musayevlə ailə həyatı qurub, amma evlilikləri cəmi iki il davam edib. İlahə Məmmədova idda edir ki, ailəsi dağıldıqdan sonra yeganə qız övladları olan 9 yaşlı Səmaya özü baxıb. 7 ay əvvəl Bərdə rayon məhkəməsinin qərarı ilə uşaq üçün 100 manat aliment təyin edilsə də, atası cəmi 2 ay bu pulu ödəyib.
İlahə Məmmədova ikinci dəfə ailə həyatı qurub. Həyat yoldaşını müalicə etdirmək üçün Rusiyaya gediblər və bu vaxt da qızı Səma İlahənin anası evində qalıb. Avqust ayında keçmiş həyat yoldaşının atası bu vəziyyətdən istifadə edərək Səmanı özü ilə aparıb. 3-cü sinifdə oxuyan azyaşlı yeni tədris ilində bir neçə gün məktəbə getsə də, sonra onu evdən çölə buraxmayıblar.
Anası iddia edir ki, əslində qızı Səma onunla qalmaq istəyir. Lakin atası və valideynləri uşağı qorxudaraq istəyindən vaz keçiriblər.
Babası uşağın kimdə qalmasını həll etmək üçün görüşüb məsləhətləşməyi təklif edib. İlahə Məmmədova da bununla razılaşıb. Lakin təyin olunan yerə gedən zaman maşını yolda saxladaraq Səmanı qaçırıblar.
İlahə Məmmədova qızını geri almaq üçün məhkəməyə müraciət edib və oradan cavab gözləyir. Məsələ ilə bağlı Səmanın atası Pərvin Musayevin də mövqeyini öyrənməyə çalışdıq. Lakin zənglərə cavab verən olmadı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: