backend

Bərdədə “5 mart Bədən tərbiyəsi və İdman günü”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Heydər Əliyev adına istirahət parkında Bərdə Rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə şəhər məktəblərinin yuxarı sinif şagirdləri (oğlanlar və qızlar) arasında “5 mart Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş 100 metr məsafəyə qaçış yarışı keçirildi.  

Bu gün Heydər Əliyev adına istirahət parkında Bərdə Rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə şəhər məktəblərinin yuxarı sinif şagirdləri (oğlanlar və qızlar) arasında “5 mart Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş 100 metr məsafəyə qaçış yarışı keçirildi. 

Yarışda 9 şəhər məktəbindən və 1 kənd məktəbindən 40 nəfər (20 qız, 20 oğlan) şagird iştirak etmişdir.

Yarışı giriş sözü ilə Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov açaraq müəllimləri və iştirakçıları salamladı və təşkilatçılar adından qarşıdan gələn “5 mart-Bədən tərbiyəsi və İdman günü” münasibətilə onları təbrik etdi. Sonra o, ölkəmizdə idmanın inkişafından, idmana və idmançılara göstərilən diqqət və qayğıdan, beynəlxalq səviyyəli yarışlarda azərbaycan idmançılarının əldə etdiyi qələbələrdən, Bərdə idmançılarının müxtəlif idman növlərində dünya, qitə, ölkə çempionatlarında və beynəlxalq turnirlərdə əldə etdikləri uğurlardan danışdı. O, qeyd etdi ki, Gənclər və İdman Nazirliyi tərəfindən məşqçilərimizin əməyi yüksək qiymətləndirilir və onlara fəxri adlar verilir. 

Rayon Təhsil Şöbəsinin metodisti Anar Rəsulov çıxış edərək yarış 2016-cı il ərzində Gənclər və İdman idarəsi ilə birgə keçirilən idman yarışlarından və gənc məktəblilərin müxtəlif səviyyəli yarışlarda əldə etdikləri nailiyyətlərdən danışdı.

Yarışın yüksək səviyyədə keçirilməsi və idmançıların göstərdikləri nəticələrin müəyyən edilməsi üçün aşagıdakı tərkibdə hakimlər briqadası təyin edilmişdir:

1.Tahir Quliyev – Gənclər və İdman idarəsinin rəis müavini – baş hakim

2.Aydın Qasımov – Gənclər və İdman idarəsinin baş məsləhətçisi – hakim

3.Anar Rəsulov – Təhsil Şöbəsinin metodisti – hakim

Gərgin mübarizə şəraitində keçən yarışda oğlanlar arasında daha surətli olan T.Qurbanov adına Xanqaraqoyunlu kənd tam orta məktəbinin X sinif şagirdi Sənan Nəcəfov 1-ci yeri, N.Nərimanov adına şəhər 3№li tam orta məktəbin XI sinif şagirdi Rəhman Əliyev 2-ci yeri, şəhər 8№li tam orta məktəbin IX sinif şagirdi Rəşad İbadullayev isə 3-cü yerləri tutmuşlar.

Qızlar arasında isə 1-ci yeri Milli Qəhrəman S.Behbudov adına şəhər 6№li tam orta məktəbin IX sinif şagirdi Nəzrin Nəbiyeva, 2-ci yeri N.Gəncəvi adına 2№li şəhər tam orta məktəbin IX sinif şagirdi Emilya Əliyeva, 3-cü yeri isə T.İsmayılov adına 1№li şəhər tam orta məktəbin IX sinif şagirdi Leyla Məmmədzadə tutmuşlar.

Qaliblərə Bərdə Rayon Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları təqdim olunmuşdur.