Bərdə rayonunda 17 yaşlı gənc bıçaqlanıb.
Bərdə rayonunda 17 yaşlı gənc bıçaqlanıb.
ARB TV xəbər verir ki, hadisə rayonun Kətəlparaq kəndində qeydə alınıb. Şükür Rzayevə həmkəndlisi xəsarət yetirib. Kürək nahiyəsindən 4 bıçaq zərbəsi alan gənc Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.