backend

Bərdədə “12 noyabr-Konstitusiya günü”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ xəbər verir ki, bu gün Bərdə rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “12 noyabr-Konstitusiya günü” münasibətilə yeniyetmə və gənclərdə konstitusiya biliklərinin möhkəmləndirilməsi məqsədilə F.Muradov adına şəhər 7 saylı tam orta məktəbdə şəhər məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə nümunəvi dərs keçirrildi.  

 TİA.AZ xəbər verir ki, bu gün Bərdə rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “12 noyabr-Konstitusiya günü” münasibətilə yeniyetmə və gənclərdə konstitusiya biliklərinin möhkəmləndirilməsi məqsədilə F.Muradov adına şəhər 7 saylı tam orta məktəbdə şəhər məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə nümunəvi dərs keçirrildi. 


Tədbirə təhsil müəssisələrinin gənc tarix müəllimləri dəvət olunub.


Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq tədbir iştirakçılarını qarşıdan gələn Konstitusiya günü münasibəti ilə təşkilatçılar adından təbrik etdi. O qeyd etdi ki, Konstitusiya anlayışı latın dilində olan «constitucio» sözündən olub hərfi mənası «quruluş», «təsisat», «qurmaq», «təsis etmək» deməkdir. Etimoloji baxımdan konstitusiya terminindən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının adlandırılması üçün istifadə olunmuşdur. Orta əsrlərdə Avropada feodal-zadəgan imtiyazlarını nəzərdə tutan aktlar da sözün hərfi mənasına uyğun olaraq bu cür adlandırılmışdır. Dövlətin əsas qanunu kimi müasir anlamda konstitusiyanın meydana gəlməsi burjua dövlətinin yaranması ilə əlaqədardır. İlk yazılı Konstitusiya (yəni, daxili struktura malik vahid, əsas qanun) kimi 1787-ci ildə qəbul edilmiş və bu günə qədər fəaliyyət göstərən ABŞ-ın Konstitusiyasının adını çəkmək olar. Avropada ilk yazılı konstitusiyalar 1791-ci il Polşa və Fransa Konstitusiyaları olmuşdur. Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan və bir tərəfdən insan və cəmiyyət arasında, digər tərəfdən isə insan və dövlət arasında münasibətlərin əsaslarını nizamlayan hüquq normaları sistemidir.

Rayon Təhsil şöbəsinin metodisti Fəridə Vəliyeva çıxışında qeyd etdi ki, 1995-ci il noyabrın 12-də ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil dövlətimizin ilk Konstitusiyası Azərbaycan tarixində yeni bir səhifə açmışdır. Tarix zərurət kimi qəbul edilmiş Əsas Qanunumuz gələcək illər ərzində dövlətimizin siyasi , iqtisadi və sosial inkişafının hüquqi əsaslarını təsbit etmişdir.

Ə.Qasımov adına Qayalı kənd tam orta məktəbinin tarix müəllimi Ceyhun Nərimanov, ak.Z.Əliyeva adına texniki fənlər təmaayüllü məktəb-liseyin tarix müəllimi Elgün Qocamanov, Azərbaycanın Milli Qəhrəmanı S.Behbudov adına şəhər 6 saylı tam orta məktəbin tarıx müəllimi Əfşan Əzimova çıxış edərək dünyada ilk qanunların yaranma tarixindən, onun yaranmasının zərurətindən və səbəblərindən , cəmiyyətin inkişafının qanunların formalaşmasına təsirindən, “Konstitusiya günü”nün yaranmasından və xalqımız tərəfindən bayram günü kimi qeyd olunmasından danışdılar. Çıxış edənlər böyük sevgiylə ümummilli liderimiz Heydər Əliyevin xalqımız üçün bütün sahələrdə göstərdiyi misilsiz xidmətlərdən danışdılar. Qeyd olundu ki, ikinci dəfə hakimiyyətə qayıdışından sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Konstitusiyanın mətni müasir dövlətin tələblərinə uyğun olaraq yenidən işləndi, yekunda 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsinə çıxarıldı və səs çoxluğu ilə qəbul olundu. Lakin ötən müddət ərzində ölkəmiz sürətlə inkişaf edərək dünya dövlətləri sırasına çıxmış, bu isə ölkəmiz qarşısında yeni tələbatların ödənilməsi üçün əsas Qanunumuz olan Konstitusiyamızda müəyyən dəyişikliklərin edilməsi zərurətini yaratmışdir. Və beləliklə üç dəfə 2002-ci, 2009-cu və 2016-cı illərdə Konstitusiyanın bəzi maddələrində dəyişikliklər edilmişdir.

Çıxışçılar həmçinin müstəqil dövlətimizin ilk Konstitusiyası barədə də ətraflı danışdılar, insan hüquq və azadlıqlarının müdafiəsi və təmin olunmasının dövlətimizin əsas prioritet məqsədləri sırasına daxil edildiyini vurğuladılar və Konstitusiya ilə bağlı şagirdləri maraqlandıran suallara geniş və ətraflı cavab verdilər.

Tədbirə Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətcisi Aydın Qasımov yekun vuraraq bildirdi ki, ilk milli Konstitusiyamızın qəbul olunmasından 21 il keçir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün bu illər ərzində qanunçuluğun təkmilləşdirilməsi işində qazanılan uğurlarını çıxışlarının birində çox dolğun və dəqiq olaraq belə ifadə edir: “Keçən illər ərzində Konstitusiya humanist, dinamik və realist bir sənəd olduğunu sübut etmişdir.” Hər yerdə hüquq və vəzifələrimizin rəmzi və təminatçısı olan Konstitusiyanı göz bəbəyi kimi qorumaq, ondan irəli gələn vəzifələrimizi vicdanla yerinə yetirmək, “Azərbaycanın vətəndaşıyam!” deyən hər bir kəsin şərəfli borcudur.