backend

Bərdə RİH-dən təqdirəlayiq addım: “diş həkimləri” ifşa edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son günlər İcra Hakimiyyətinə və digər aidiyyəti qurumlara gələn şikayətlər bizi hərəkətə keçirdi və dərhal monitorinq təşkil edildi” 
“Son günlər İcra Hakimiyyətinə və digər aidiyyəti qurumlara gələn şikayətlər bizi hərəkətə keçirdi və dərhal monitorinq təşkil edildi”

Bu sözlər Bərdə RİH-dən Bölgəxəbər əməkdaşlarına edilən açıqlamada deyilib. Son günlər Bərdə rayonunda qanunsuz fəaliyyət göstərən “stmotoloqlarla” bağlı İcra Hakimiyyətinə 20-ə yaxın şikayət məktubu göndərilib. Həmin şikayətlərdə bildirilir ki, heç bir ali təhsili olmayan, bir neçə ay diş həkimi yanında bu işi öyrənən bəzi şəxslər öz həyətlərində və ya evlərinə yaxın ərazidə balaca kabinələr hazırlayaraq xəstələri qəbul edirlər. Pasientlərə “stomotoloji yardım” göstərə biləcəklərini iddia edirlər. Ancaq həkim təcrübəsizliyi bir yana qalsın, sözügedən kabinələrdə otaq temperaturu, gigiyena və digər zəruri normalara riayət edilmir və müraciət edən xəstələrin həyatı təhlükə altına atılır.
Belə “diş həkimlərinin” sayı günü-gündən artmağa davam edir. Belə ki, aldığımız məlumata görə, Bərdənin 20 kəndində 140- a yaxın qanunsuz fəaliyyət göstərən “stomotoloqlar” aşkar edilib.

Bu yaxınlarda Bərdənin Yeni Daşkənd kəndində çənə əməliyyat zamanı həkimin zəruri normalara riayət etməməsi səbəbilə xəstənin səhhətində prolem yaranıb və həmin şəxs hələ də ağrılardan əziyyət çəkir. Başqa 2 kənddə aparılan “stomotoloji əməliyyatda” 2 pasient “Hepatit C” virusuna yoluxub və onların vəziyyəti indiyədək ağır olaraq qalır.
Bu məsələnin həll olunması məqsədilə Bərdə RİH, Bərdə rayon Mərkəzi Xəstəxanası, polis əməkdaşları və özəl fəaliyyət göstərən 5-ə yaxın klinika birgə monitorinq təşkil edərək həmin “həkimləri” ifşa ediblər.
Monitorinqdə iştirak edən Bölgəxəbər əməkdaşları sözügedən işbazların hansı şəraitdə “xidmət” göstərdiklərinin şahidi olublar.

“Qanunsuz fəaliyyət göstərən “stomotoloqlara” 1 ay müddət veririk ki, onlar bütün hüquqi qaydalar çərçivəsində öz fəaliyyətlərini rəsmiləşdirsinlər. Əks halda onların inşa etdiyi kabinələr söküləcək və həmin şəxslər aidiyyati qurumlar tərəfindən məsuliyyətə cəlb olunacaq. Əgər sənədləşmə prosesində hər hansı maneə yaranarsa, İcra Hakimiyyəti tərəfindən həmin şəxslərə yardım göstəriləcək.”
Bu sözləri Bərdə RİH-nin başçısı Vidadi İsayev 2 gün əvvəl keçirilən müşavirədəki çıxışında qeyd edib. O bildirib ki, bu tip monitorinqlər bundan sonra daha kəskin şəkildə təşkil ediləcək və bu tip işbazların sakinlərimizi aldatmasına imkan verilməyəcək. 

“Bu insanlar nəinki Bərdə rayonu adına, ümumilikdə Azərbaycan Səhiyyəsi adına qara ləkədirlər. Biz daim belə işbazlara qarşı mübarizə aparmışıq, bundan sonra da aparmağa davam edəcəyik.”

Bu sözləri isə Bərdə rayonunda uzun illərdir qanuni fəaliyyət göstərən bir qrup həkim deyib. Onlar qeyd ediblər ki, sakinlərdən gələn çoxsaylı şikayətlərə biganə yanaşıb bu məsələni özbaşına buraxmaq olmazdı: “Bu, mümkün deyil. Onlar bu cür uğursuz əməliyyatlara davam etsəydilər, kim bilir, nə qədər canlar alardılar.”
Bəzi xəbər portallarında sahibkar kimi təqdim olunan bu şəxslərin əslində kim olduğunu artıq göstərdik.
Qanunsuz fəaliyyət göstərən “stomotoloqlarla” bağlı sahibkarların da fikrini almağa müvəffəq olduq: “Bu insanlar sahibkar deyillər, yalandan özlərini “diş həkimi” kimi təqdim dən işbazlardır. Bu məsələ son günlər rayon sakinlərimiz narahat edən əsas məsələlərdən idi. Sağolsun rayon rəhbərliyi və digər aidiyyati qurumlar monitorinq təşkil etdilər və həmin adamların əsl üzü ortaya çıxdı.”

Ümid edirik ki, bu tip monitorinqlər digər rayonlarımızda da təşkil ediləcək və sakinlərin həyatını təhlükəyə atan şəxslər ifşa olunacaq.


Bolgexeber.com