Göründüyü kimi külək əsdikcə bayrağın şırımı getdikcə dərinləşir.
Bərdə rayon mərkəzində, yaradılan “Bayraq meydanı”nda dalğalanan Azərbaycan Bayrağı. Lakin dövlətin ən vacib atributu sayılan bayrağımıza burada lazımı hörmət qoyulmur.
Belə ki, Bərdə rayonunda səfərdə olan “Yenigundem” ın əməkdaşı rayonun ən yüksək nöqtəsində qurulan meydanda dalğalanan üçrəngli bayrağı cırılmış vəziyyətdə görüblər. Göründüyü kimi külək əsdikcə bayrağın şırımı getdikcə dərinləşdirir.
“Bayraq meydanı”nda parçalanmış halda dalğalanan Azərbaycan Bayrağının mövcud vəziyyəti ilə bağlı Bərdə Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı.
Xatırladaq ki, əməkdaşlarımız tərəfindən diqqətə alınan bayrağımız cırılmış vəziyyətdə idi.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.