TİA.AZ xəbər verir ki,sosial şəbəkələrdə Bərdə rayonunda yaşayan sosial durumu çox ağır olan ailə haqda videolar yayılıb.Videoda həmçinin acınacaqlı durumda olan ailənin yaşadığı Bərdə rayonunun icra başçısının vətəndaşlara etinasız və laqeyd münasibəti vurğulanır.Qeyd edək ki, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev vətəndaşlar tərəfindən ən çox şikayət olunan və mətbuatda ən çox tənqid olunan icra başçılarından biridir.
Köməyə ehtiyacı olan həmin ailənin yaşayışını əks etdirən videoları təqdim edirik.