“Bərdə Broyler” ASC-nin MƏNFƏƏTİ AZALIB – HESABATbackend

“Bərdə Broyler” ASC-nin MƏNFƏƏTİ AZALIB – HESABAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bərdə Broyler” ASC-nin 2023-cü il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında hesabatını açıqlayıb.

FED.az xəbər verir ki, broyler şirkəti ötən il 34,4 min manata yaxın xalis mənfəət əldə edib. 2022-ci ilə nisbətən şirkətin xalis mənfəətində təqribən 0,2 min manat (0,6%) azalma qeydə alınıb.
Hesabat dövründə şirkət tərəfindən 1,8 min manat mənfəət vergisi ödənilib ki, bu da illik müqayisədə 0,1 min manat (5,3%) azalıb.

“Bərdə Broyler” ASC-nin gəlirləri 2023-cü ildə dəyişməyib və 102,5 min manat təşkil edib. Xərclər isə 0,2 min manat (0,3%) artaraq 66,6 min manata çatıb.

ASC-nin icarə haqqı xərcləri 12,8 min manat, audit xərcləri 1000 manat, torpaq vergisi 6,2 min manat əşkil edib və illik müqayisədə dəyişməyib.

Əmək haqqı xərcləri 2,7 min manat (25%) artaraq 13,5 min manata, DSMF xərcləri 0,5 min manat (23,8%) artaraq 2,6 min manata, bank xidmətləri üzrə xərclər 38 manat (12%) artaraq 350 manata, sığorta xərcləri 112 manat (24%) artaraq 579 manata çatıb.

Bundan başqa rabitə xərcləri 35 manat (+15 manat və ya +75% artım), poçt xərci 187 manat (+7 manat və ya +4% artım), sair xərclər isə 780 manat (+80 manat və ya +11% artım) təşkil edib.

Amortizasiya xərcləri 1,2 min manat (4%) azalaraq 28,5 min manata, notarius xərcləri 38 manat (5,8 dəfə) azalaraq 8 manata düşüb.

“Bərdə Broyler” ASC ötən il 755,3 min manat aktivlərə malik olub. Akitvlər son bir ildə 4,4 min manat və ya 0,6% azalıb.

Şirkətin öhdəlikləri 40,1 min manat (9,3%) azalaraq 392,3 min manata düşüb.

Balans kapitalı 363,1 min manata bərabər olub ki, bu da illik müqayisədə 35,8 min manat, başqa sözlə 10,9% artım deməkdir.

Bölüşdürülməmiş mənfəətin həcmi 35,8 min manat (45%) artaraq 115,6 min manata çatıb.