BERBOK GÖZLƏNİLMƏDƏN KİYEVƏ GƏLDİbackend

BERBOK GÖZLƏNİLMƏDƏN KİYEVƏ GƏLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın xarici işlər naziri Annalena Berbok gözlənilməz səfərlə Kiyevə gəlib.

Tribunainfo.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Bu, alman nazirin son il yarımda Ukraynaya dördüncü səfəridir.
O, Kiyevə Polşadan gecə qatarı ilə gəlib. Almaniyanın xarici işlər nazirini stansiyada Almaniya səfiri Martin Yager qarşılayıb.

Gəldikdən sonra Berbok Ukraynaya gələcək iqtisadi, humanitar və hərbi dəstək vermək niyyətində olduğunu açıqlayıb.

Nazirin iş qrafiki ilə bağlı hələlik məlumat yoxdur.