Qarabağdakı qondarma rejimin “dövlət nazirinin müşaviri” Artak Beqlaryan humanitar yardımlardan danışıb. Tribunainfo.az-ın xəbərinə görə, o Bakını ittiham edərək, Xankəndiyə göndərilən humanitar yükü ucuz təbliğat adlandırıb. “Əgər ərzaq qıtlığı problemindən bu qədər narahatsınızsa, niyə Laçın dəhlizini açıb, məsələn, iyulun 26-dan dəhlizin girişində yığılmış humanitar ləvazimatların daxil olmasına icazə vermirsiniz? Sənin səbəb olduğun ərzaq və digər həyati malların kəskin qıtlığından insanların həftələrlə əziyyət çəkdiyi, hətta öldüyü (?) bir vaxtda niyə birdən-birə humanist oldun?!”, – deyə Beqlaryan sərsəmləyib.
Beqlaryan əlavə edib ki, əgər doğrudan da humanitar yükdürsə, bəs niyə Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə yükü göndərməmisiniz, neytral və siyasi olmayan bir təşkilatın nüfuzu ilə oynayaraq, faktiki tabeliyində olan Qızıl Ayparadan istifadə etməli oldunuz: “Beynəlxalq laboratoriyalarda yoxlamısınızmı ki, un istehsalı və tədarükü ilə məşğul olan azərbaycanlılar birdən-birə sizin təşviq etdiyiniz ermənifobiya siyasəti və ermənilərin öldürülməsi ruhunda zəhərli maddələri unla qarışdırmayıblar?” Dünən axşam yenidən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları ilə görüşdük. Gətirdiyimiz humanitar yükün sertifikatını Azərbaycan və rus dillərində onların həkiminə təqdim etdik.
Bunu isə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev deyib.
O bildirib ki, hazırda gözləmə mövqeyindədirlər:
“Bizim əlaqə vasitələrimiz onlarda var. Gün ərzində ola bilsin ki, bizə cavab verilsin”.
Qeyd edək ki, hazırda içərisində 40 ton un olan iki TIR dünəndən etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.