“Benzinin qalxmasını böyük sevinclə qarşıladım” – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Benzinin qiymətinin qalxmasını böyük sevinclə qarşıladım. Millətimizi təbrik edirəm. Bu xoşbəxtliyi bizə yaşatdığına görə müvafiq qurumlara da təşəkkürümü çatdırıram”. 

Benzinin qiymətinin qalxmasını böyük sevinclə qarşıladım. Millətimizi təbrik edirəm. Bu xoşbəxtliyi bizə yaşatdığına görə müvafiq qurumlara da təşəkkürümü çatdırıram”.


Bunu Femida.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib.

Deputat vətəndaşlara 15 iyul tarixini bayram kimi qeyd etməyə çağırdı:

“Azərbaycanda benzinin qiyməti 2 manat olmalıdır. Dünyanın digər ölkələri ilə müqayisədə Azərbaycanda benzinin qiyməti çox ucuzdur. Azərbaycan xalqı bütün günü bayram edir. Benzinin qiyməti 3-4 manat olsa belə, bu, xalqın yaşayışına mənfi təsir göstərməz. Vətəndaşlara da məsləhətim odur ki, 15 iyul tarixini xüsusi gün kimi qeyd eləsinlər. Bir də ona sevinirəm ki, benzinin qiymətinin qalxması ilə `Neftçi` də çempionluğunu qeyd edər”.

Aqil Abbas sonda bildirdi ki, benzinin qiymətinin qaldırılması üçün 14 iyul axşamının seçilməsi isə təəccüb doğurur.

“1969-cu ilin 14 iyul tarixi Ulu Öndərin Azərbaycanda hakimiyyətə gəldiyi gündür. Dövlət TƏhlükəsizliyi Xidməti bu məsələ ilə maraqlanmalıdır”, – deyə deputat qeyd etdi.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Tarif (qiymət) Şurasının iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.