Benzinə su qatanların NƏZƏRİNƏ – Artıq…

Benzinə su qatanların NƏZƏRİNƏ – Artıq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaman-zaman təkrarlanan şikayətlərdən biri də benzinə su qatılması ilə bağlıdır.
Bəs bunun qarşısını necə almaq olar?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, belə şikayətləri ara-sıra eşidirik. Benzinə su və ya digər maddələrin qatılması yeni deyil. Elə bu il Bakıda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin birində benzin çənlərində su aşkarlanmışdı. Daha sonra isə vətəndaşlara dəymiş zərər də ödənilmişdi.

Ekspertin sözlərinə görə, bunun qarşısını ala biləcək İqtisadiyyat Nazirliyinin tabeliyində olan qurumlardır. Vətəndaşların özlərinin də hüququ var ki, yanacaqdoldurma məntəqəsinə daxil olub yanacağı avtomobilin bakına vurmazdan öncə bir nümunə xahiş eləsin, əlində şüşə və ya plastik qabla həmin benzinin təmiz və ya qatqılı olduğuna baxıb əmin ola bilər.

“Dövlət qurumlarının da hərəkətə keçməsi üçün vacibdir ki, zərərçəkmiş şəxslər bununla bağlı şikayət etsinlər”.

Dəniz Pənahova