Benzin satışı dayandı, dollar bahalaşdı – BÖHRANbackend

Benzin satışı dayandı, dollar bahalaşdı – BÖHRAN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda son hadisələrdən dolayı ciddi iqtisadi təlatümlər yaşanır. Tribunainfo.az xəbər verir ki, İsrailin İranı vuracağı xəbərinin ardından dollar və avro 10 faizə qədər bahalaşıb.
Hazırda bir dollar 63500 tümənə, bir avro isə 69500 tümənə satılır.
Amma problem bununla bitmir. Artıq bir həftədir, İranda benzin böhranı baş qaldırıb. Belə ki, bir həftədir ölkə üzrə Yanacaq Doldurma Məntəqələrində avtomobilbaşına 10 litrdən artıq benzin satılmır.
Rəsmi Tehran benzin böhranının İsraillə gərginliklə əlaqəli olmadığını bəyan edib. İran hökuməti benzin istehsalının aşağı düşdüyünü, istehlakın isə artmasını əsas gətirib.