“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia komandadan ayrılacağı ilə bağlı sualı cavablayıb.
Tribunainfo.az xəbər verir ki, o, “CBC Sport”a müsahibəsində Ağdam təmsilçisi ilə danışıqlar apardığını deyib:
“Bu barədə heç bir fikrim yoxdur. Hazırda “Qarabağ”la danışıqlar aparırıq. Görək necə olacaq. Buranı çox bəyənirəm. Baş məşqçi mənə güvənir, mən də ona. Gələcəkdə nə baş verəcəyini görəcəyik”.