“Mənim üçün xüsusi oyundur. Çünki keçmiş komandama qarşı oynayacağam”.
Tribunainfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Yasin Benzia deyib.
O, Avropa Liqasının 5-ci turunda “Lion”a qarşı keçiriləcək oyundan danışıb:
“Bu dəfə “Qarabağ”ın oyunçusu kimi meydana çıxacağam. Vacib matçdır, qələbə qazanmağa, bütün ümidləri doğrultmağa çalışacağam”.
– İllər öncə oynadığınız “Lion”la indiki komandanı necə müqayisə edərdiniz?
– Çox dəyişikliklər var. Əsas, komandanın prezidenti dəyişib. Dəyişikliklərə baxmayaraq, indi də yüksək səviyyədədirlər.