Benzemanı terror təşkilatı ilə əlaqədə ittiham etdi

Benzemanı terror təşkilatı ilə əlaqədə ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın daxili işlər naziri Gerald Darmanin “Əl-İttihad”ın fransalı hücumçusu Kərim Benzemanı terror təşkilatı ilə əlaqədə olmaqda ittiham edib.

Qol.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Darmanin deyib: “Biz hamımız bilirik ki, cənab Kərim Benzemanın “Müsəlman qardaşları” ilə bədnam əlaqələri var”.

Bundan əvvəl  Benzema İsraillə hərbi münaqişə fonunda Fələstin xalqına dəstəyini ifadə etmişdi.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağına nəzarət edən Fələstinin HƏMAS hərəkatı İsrailə hücum edib.