İranın Sistan-Bəlucistan əyalətində ara yenidən qarışıb. Tribunainfo.az xəbər verir ki, “Ceyş əl-Ədl” təşkilatına qarşı SEPAH-ın keçirdiyi əməliyyatlardan sonra durum nisbətən sabitləşmişdi.
Lakin dünən elə SEPAH-ınb üzündən vəziyyət yenə gərginləşib. Belə ki, silahsız şəxs Bampur Polis İdarəsinə daxil olaraq şikayətini bildirmək istəyib. Lakin o, yerli polis tərəfindən güllələnib. Bu da bölgədə etirazların başlamasına səbəb olub.
SEPAH açıqlamasında iddia edib ki, şəxs guya, silahlı olub, atəş açılması da onun zərərsizləşdirmək məqsədi daşıyıb. Lakin yerli sakinlər bunun yalan olduğunu, həmin şəxsin şikayət üçün Polis Bölməsinə getdiyini bildiriblər.
Hazırda Bəlucistanda əhali etirazlara başlamaq barədə qərar verməyə hazırlaşır. Dünən bir neçə şəhərdə yüngül etirazlar olsa da, bu gün cümə namazı zamanı bu barədə yekun qərarın veriləcəyi gözlənilir.